PDF Oxu

Siyasət

  • 30

Aydın Hüseynov: "Vahid namizədin bir vahidi də İsa Qəmbər oldu"

Aydın Hüseynov: "Vahid namizədin bir vahidi də İsa Qəmbər oldu"

"Uzun zamandır müxalifət düşərgəsində vahid namizədlə bağlı hay-küylü müzakirələr gedirdi. Yeni yaranmış qondarma Milli Şura sonradan bu məsələ ilə bağlı yekun qərar çıxardı. Lakin bu da müxalifəti vahid namizəd sindromundan xilas etmədi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

O vurğulayıb ki, müxalifət düşərgəsində maraqlarını heç bir prinsipə qurban verməyən şəxslər cəmlənib ki, onların da Rüstəm İbrahimbəyova vahid namizəd məsələsində güzəştə getməsi real görünür: "Elə gözlənilən kimi də oldu. Müsavat başqanı İsa Qəmbərin hələ qondarma şuranın vahid namizədi elan olunan günü bu məsələ ilə bağlı ziddiyyətlə mövqeyi ortaya çıxdı. İsa Qəmbərin 20 illik siyasi fəaliyyətində üç günün siyasətçisinə güzəştə getməsi heç vaxt mümkün olmayacaq. Ona görə də müxalifətin heç özünün də tam mənada əks olunmadığı oyuncaq Milli Şurasının vahid namizədinin bir vahidi də İsa Qəmbərdir. Seçki gününə qədər cəmiyyət müxalifətin belə oyun metodlarını müşahidə edəcək".

sia.az

Digər xəbərlər