"Siz alimlərin qayğıları, problemləri Azərbaycan dövlətinin diqqətindədir". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın gənc alimlərinin ümumi yığıncağında iştirakı zamanı Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov deyib.Əli Həsənov dövlətin Azərbaycan gəncliyinə qayğısı, intellektual gəncliyin inkişafı siyasətindən danışıb. Dövlət rəsmisi bu siyasətin gələcəkdə də uğurla davam etdiriləcəyi barədə AMEA gənclərini əmin edib: "Bu gün biz Azərbaycan gəncliyini aydın görürük. Ümummilli lider Heydər Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğı bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Siz alimlərin qayğıları, problemləri Azərbaycan dövlətinin diqqətindədir".Əli Həsənov daha sonra AMEA-nın prezidenti Akif Əlizadəni həm prezident, həm də Yeni Azərbaycan Partiyasının sədr müavini seçilməsi münasibətilə təbrik edib.Tədbirin sonunda, bu il keçiriləcək Prezident seçkilərində ölkə başçısı İlham Əliyevin namizədliyini dəstəkləmək barədə gənc alimlər adından bəyanat layihəsi, həmçinin ümumi yığıncaqla bağlı qərar layihəsi oxunaraq qəbul olunub.
yap.org.az