Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turunun dördüncü gününə yekun vurulub. SİA-nın xəbərinə görə, günün sonunda layihənin iştirakçıları dördüncü günün qalib komandasını müəyyən edib. Münsiflər heyətinin yekun qərarına əsasən, günün ən güclüsü "Güclü Lider" komandası olub.
Gənclər üçün təcrübə və bilik mənbəyi olan "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" II Oğuz turunun iştirakçıları təlimin gününü əylənərək başa vurublar.
sia.az