"Mediamızın inkişafında yeni tendensiyalar müşahidə olunur. Jurnalistlərin VI qurultayı jurnalistlərin peşəkarlaşması, neqativ proseslərin tədricən jurnalistikamızdan sıxışdırılıb çıxarılması və mətbuatın demokratiyası dövrünə təsadüf edir". SİA-nın məlumatına görə, bu barədə prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qurultayda səslənən fikirlər, təkliflər, müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, mətbuatın maddi-texniki bazasının yüksəlməsinə, mətbuat-dövlət münasibətlərinə rəvac verəcək. Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı bütün problemlərdən azad olacaq".
Əli Həsənov jurnalistlərin VI qurultayı öncəsi həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı təşəbbüs irəli sürülməsi məsələsinə aydınlıq gətirib: "Bununla bağlı təşəbbüs yoxdur. Əgər belə bir təşəbbüs olsa, buna baxıla bilər. Bəzi jurnalistlərin, mətbu orqanların üzərində məhkəmə qərarları var. Bunu qurultayla əlaqələndirməyə ehtiyac yoxdur. İndiyə qədər məhkum olunan jurnalistlərin əksəriyyəti əfv olunub. Arzu edək ki, həbsdə olan jurnalistlərin qapısı açıq olsun, onlar həbsdən azad olunsunlar".
sia.az