PDF Oxu

Siyasət

  • 41

Yaqub Mahmudov: Azərbaycan həqiqətlərinin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılması alimlərin üzərinə düşən vacib məsələlərdən biridir

Yaqub Mahmudov: Azərbaycan həqiqətlərinin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılması alimlərin üzərinə düşən vacib məsələlərdən biridir

"Qarabağ həqiqətlərinin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılması alimlərin üzərinə düşən vacib məsələlərdən biridir". Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, son illər Qarabağın tarixi, ermənilərin torpaqlarımıza köçürülməsi ilə bağlı ciddi elmi əsərlər nəşr olunur. Onun sözlərinə görə, bu nəşrlərdə erməni saxtakarlığı tarixi faktlarla ifşa edilir.

"Görülən bu işlər Prezident İlham Əliyevin informasiya mübarizəsində hücum xəttində olmağımızla bağlı tövsiyəsinə uyğun şəkildə həyata keçirilir. Alimlərlə keçirdiyi görüşlərdə dövlət başçısı daim bu məsələni vurğulayır və tarix elminin daha da inkişafı istiqamətində öz tövsiyələrini verir. Biz bu tövsiyələrdən irəli gələrək Azərbaycan həqiqətlərinin dərin elmi əsaslarla işlənib yeni əsərlərin nəşr olunması istiqamətində səylərimizi daha da artıracağıq. Bu nəşrlərin xarici dillərə tərcümə olunaraq dünyada yayılması da qarşımızda duran ciddi məsələdir"- deyə, Y.Mahmudov vurğulayıb.

yap.org.az

Digər xəbərlər