Azərbaycan mediasının inkişafında yeni tendesiyalar müşahidə olunur. Bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənovun sözlərinə görə, jurnalistlərin VI qurultayı jurnalistlərin peşəkarlaşması, neqativ proseslərin tədricən jurnalistikamızdan sıxışdırılıb çıxarılması və mətbuatın demokratiyası dövrünə təsadüf edir: "Qurultayda səslənən fikirlər, təkliflər, müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, mətbuatın maddi-texniki bazasının yüksəlməsinə, mətbuat-dövlət münasibətlərinə rəvac verəcək. Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı bütün problemlərdən azad olacaq".
yap.org.az