"Hazırda ölkəmizdə gənclərimizin maraqlarına uyğun qanunvericilik bazası yaradılıb". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bu gün gənclərin cəmiyyətdə layiqli yer tutması istiqamətində dövlət tərəfindən bütün imkanlar yaradılır. Onun sözlərinə görə, Milli Məclisdə "Dövlət gənclər siyasəti haqqında" qanun bu imkanlar üçün ciddi hüquqi bazadır.
M.Quliyev parlamentin Sosial siyasət komitəsi tərəfindən "Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında" qanun layihəsinin də hazırlandığı qeyd edib.
"Gənclərlə bağlı uğurlu siyasətin həyata keçirilməsi dövlətimizin gənc nəslə olan münasibətinin ifadəsidir. Öz növbəsində, gənclərimiz də, onlar üçün yaradılmış imkanlardan səmərəli şəkildə bəhrələnməlidirlər"- deyə, komitə sədrinin müavini vurğulayıb.
yap.org.az