Rusiyada çıxan "Nezavisimaya qazeta"da prezident seçkiləri mövzusuna həsr olunmuş redaksiya məqaləsi dərc edilmişdir.
AzərTAc xəbər verir ki, məqalədə Cənubi Qafqaz ölkələrində prezident seçkiləri ilə bağlı kampaniyalar müqayisəli şəkildə təhlil edilmişdir.
Məqalədə deyilir: "Azərbaycanda və Gürcüstanda prezident seçkiləri, müvafiq surətdə oktyabrın 16-da və 27-də keçiriləcəkdir. Bu seçkilərlə Cənubi Qafqazda şərti seçki dövrəsi başa çatacaqdır... Azərbaycanda və Gürcüstanda qarşıdakı prezident seçkilərində yeni gözlənilməzliklər qorxusu yoxdur... Azərbaycanda xalqın İlham Əliyevə etimad mandatı daha bir müddət üçün uzadılacaqdır. O, öz ölkəsində həqiqətən ən nüfuzlu siyasətçidir".
AzərTAc