"Azərbaycan dünya dövlətləri arasında öz sözünü deməyi bacaran müstəqil dövlətdir". Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, bu gün Azərbaycan bölgənin lideridir və belə bir ölkəni təmsil etmək, beynəlxalq arenaya sözünü çatdırmaq qürurvericidir. Onun sözlərinə görə, həm təbii resurslarımız, həm yerləşdiyimiz coğrafi region, Azərbaycanın çəkisini daha da artırır.
"Ölkəmizin yerləşdiyi region çox önəmli və həssasdır. İlkin olaraq, onu nəzərə almalıyıq ki, Azərbaycan bir çox dövlətlərlə mehriban qonşuluq siyasətini davam etdirir. Buna baxmayaraq, torpaqlarımızın 20 faizi işğal altındadır. Biz torpaqlarımızın azad edilməsi üçün sülh danışıqlarını davam etdiririk. Amma bu nəticə verməsə, hər bir şəxs Ali Baş Komandanın əmri ilə torpaqları işğaldan azad etməyə hazır olmalıdır"– deyə, E.Məmmədov vurğulayıb.
yap.org.az