PDF Oxu

Siyasət

  • 35

Leyla Abdullayeva: Azərbaycanın mədəni irsinin dünyada təbliği istiqamətində uğurlu addımlar atılır

Leyla Abdullayeva: Azərbaycanın mədəni irsinin dünyada təbliği istiqamətində uğurlu addımlar atılır

"Ötən əsrin 90-cı illərinin ortalarında ölkədə mədəniyyətin həm maddi bazası, həm də ümumi sosial hazırlığı kifayət səviyyədə deyildi. İndi Azərbaycanda çox ciddi irəliləyiş var - muzeylərimiz, teatrlarımız bərpa olunub, yaradıcılıq ittifaqları ayağa qalxıb". Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, son zamanlar Azərbaycanın mədəni irsinin dünyada təbliği istiqamətində xeyli işlər görülür, uğurlu addımlar atılır. Onun sözlərinə görə, bütün bu amillər mədəniyyət sahəsində yeni qanunda öz əksini tapır.

Komitə üzvü qeyd edib ki, mədəniyyətimizin beynəlxalq miqyasda təbliği, dünya mədəniyyətinin ölkəmizdə təbliğatı ilə bağlı görülən işlərin miqyası o qədər çoxdur ki, bütün bunlar yeni qanunauyğunluqlar, yeni prinsiplər diqtə edir.

"Bu mənada hesab edirəm ki, mədəniyyət haqqında yeni qanun bugünkü və gələcək dövr üçün bizim mədəniyyət həyatımızı idarə edə biləcək"- deyə L.Abdullayeva qeyd edib.

yap.org.az

Digər xəbərlər