PDF Oxu

Siyasət

  • 19

"Müsavatın qondarma Milli Şuranı dağıtmaq planı əvvəlcədən var idi"

"Müsavatın qondarma Milli Şuranı dağıtmaq planı əvvəlcədən var idi"

Müsavat Partiyası "Milli Şura"nı dağıtmaq üçün artıq hərəkətə keçib. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

O qeyd edib ki, Müsavat Partiyası müxalifət düşərgəsində özünü "ana müxalifət" partiyası kimi qələmə verərək proseslərin onun nəzarətində olduğunu iddia edir. Məhz bu səbəbdən də Müsavat partiyası müxalif düşərgədə özünü hakimi-mütləq kimi aparır deyən A.Hüseynov qondarma milli şuranın da bu partiyanın razılığı ilə yarandığını iddia etməsi, prosesdə yeni bir bölücülük prinsipinə əsas yaratmış olduğunu söyləyib.

Vurğulayıb ki, qondarma milli şuranın vahıd namizədi məsələsi müzakirə olunan vaxt məhz İsa Qəmbərin Müsavat partiyasının namizədinin olması məsələsini də gündəmə gətirməsi əslində özünü həzm etdirmək prinsipinə əsaslanırdı.

"Elə bununla da müxalifət daxilində 20 illik bölücülüyün və parçalanmanın hələ də davam etdiyini açıq şəkildə görmək mümkündür. Çünki heç bir fövqəladə situasiyada İ.Qəmbərin öz şəxsi iddialarından geri çəkilməsi müşahidə olunmayıb. Bu məqamda da onun dünənin həvəskar siyasətçisi olan Rüstəm İbrahimbəyova güzəşt etməsi qeyri-mümkün idi", - deyə Aydın Hüseynov əlavə edib.

sia.az

Digər xəbərlər