PDF Oxu

Siyasət

  • 23

Bu yol Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürüdür

Bu yol Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürüdür

14 İYUL 1969-CU İL ƏN YENİ TARİXİMİZİN ŞƏRƏFLİ VƏ MÜQƏDDƏS SƏHİFƏSİDİR

Tarix ən ədalətli hakimdir. Bu gün yaxın tariximizə diqqətlə nəzər yetirdikdə, bugünkü inkişafımız, sabitlik və xoş güzəranımız üçün kimə borclu olduğumuzu yaxşı anlayırıq. Belə şəxsiyyətin siyasət meydanına çıxması böyük tarixi hadisə kimi daim yaddaşlarda yaşayır. 1969-cu il iyulun 14-ü ən yeni tariximizin məhz belə şərəfli və müqəddəs səhifələrindəndir.

Kamil Mirzəyev: "14 iyul 1969-cu il - Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsidir"

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev 1969-cu il 14 iyul tarixini müasir Azərbaycanın milli dövlətçilik tarixində yeni eranın başlanğıcı və dönüş nöqtəsi sayır: "Həmin gün böyük dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsil mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Hələ gənclik illərindən əmək fəaliyyətinə başlayan, 1944-cü ildən 1969-cu ilədək Dövlət Təhlükəsizlik Komitəsində sıravi əməkdaşdan sədr vəzifəsinə qədər şərəfli yol keçən, bu orqanın milliləşməsində, respublikamızın mənafelərinə xidmətə yönəlməsində ciddi və sistemli tədbirlər həyata keçirən Heydər Əliyev alicənab şəxsiyyəti, dərin vətənpərvərliyi, müdrkiliyi, idarəetmə bacarığı, yorulmaz fəaliyyəti ilə böyük şöhrət qazanmışdı. Beləliklə, o zamankı Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əlirza oğlu Əliyev birinci katib seçildi. Qısa müddətdə Ümummilli Liderimiz Heydər Əliyev bütün xalqı vahid amal - respublikanı düçar olduğu böhranlı vəziyyətdən çıxartmaq üçün birgə fəaliyyət ideyası ətrafında səfərbər edə bildi.

Rüstəm Nağıyev: "14 iyul tarixi xalqımızın yaddaşında ən yaddaqalan, mübarizə və islahatların, yüksəliş və tərəqqinin əsası qoyulduğu gün kimi yaşayır"

YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev 1969-cu il 14 iyul tarixini xalqımızın yaddaşında ən yaddaqalan, mübarizə və islahatların, yüksəliş və tərəqqinin əsasının qoyulduğu gün kimi yaşadığını vurğuladı: "Məhz 1969-cu il iyulun 14-ü Azərbycanın bütün tarixi boyunca ən böyük ictimai-siyasi xadim, görkəmli dövlət başçısı, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın rəhbəri vəzifəsinə gəldi. Xalqın ən ağır günündə rəhbər seçilən Heydər Əliyev ölkəmizdə hər şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək, inkişaf etdirmək uğurunda fəaliyyətə, mübarizəyə başladı. Həmin tarixdən 44 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir. Həmin dövrdən bəri nəsillər dəyişsə də, Ulu Öndərimizin qoyduğu siyasi-iqtisadi və ideoloji kurs xalqın bütün təbəqələri tərəfindən dəstəkənir. Çünki Azərbaycan xalqının taleyində 14 iyul 1969-cu il şərəfli, tarixi bir gündür. 44 il öncə bu hadisənin şahidi olanlar Azərbaycanın yeni tarixində hansı epoxanın başlandığının fərqində deyildilər. Bu da təbii idi. Azərbaycanın gələcəyi və fundamental inkişafı üçün tarixi önəm kəsb edən Heydər Əliyev epoxası yenicə başlayırdı. Bu epoxanın mahiyyətini və Azərbaycanın inkişaf tarixindəki yerini təsəvvür etmək üçün onu yaşamaq, bu dövrün Azərbaycanın siyasi, sosial-iqtisadi, milli-vətənpərvərlik həyatındakı önəmini dərk etmək lazım idi.

Həmid Pənahov: "44 il öncə başlanan yol Ulu Öndərimiz Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olub"

YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov 44 il öncə başlanan yolun Ulu Öndərimiz Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olduğunu söyləyib: "Bu illərin heç birində O, xalqından ayrı, kənarda olmayıb. Və ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Ümummilli Liderimiz Heydər Əliyevdən, Onun böyük və müdrik rəhbər dühsından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib. 43 il öncə başlanan yol Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olub. Və ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Heydər Əliyevdən, Onun böyük və müdrik rəhbər dühasından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib. Təsadüfi deyil ki, başabəla liderlərin, bivec hakimiyyətlərin "idarəçiliyinə" altı il tab gətirən Azərbaycan xalqı 1993-cü ilin yayında müstəqil dövlətçiliyimiz, milli gələcəyimiz uçurumun kənarında dayananda, Azərbaycanı vətəndaş qarşıdurması, zülmət və parçalanma gözləyəndə, yenə öz gerçək liderinə - Heydər Əliyev müdrikliyinə üz tutdu. Bu, xalqın liderinin xalqın çağırışına səs verib, Onun hüzuruna qayıdışı idi. Bu, eyni zamanda, xalqın artıq qəribsədiyi güvənli, təhlükəsiz və arxayın həyata qayıdışı, sabaha inam və etimadının bərpası idi... Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 42 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir.

Ramiz Şabanov: "Ümummilli Liderimiz Heydər Əliyev siyasəti Azərbaycanın bugününün və gələcəyinin təminatıdır"

YAP Tərtər rayon təşklatının sədri Ramiz Şabanov Ümummilli Liderimiz Heydər Əliyev siyasətinin Azərbaycanın bugününün və gələcəyinin təminatı olduğunu vurğuladı: "Azərbaycan 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idi. 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasbətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. Ulu Öndər Heydər Əliyevin 44 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi hərtərəfli inkişafına zəmin yaratdı. Həmişə zaman böyük tarixi şəxsiyyətlərə ehtiyac duyub. Azərbaycanın Ulu Öndər Heydər Əliyevə ehtiyacı olanda, Ümummilli Lider o tələbə uyğun olaraq tarixi çağırışa cavab verərək, hakimiyyiətə gəldi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə xalqın bu ehtiyacı özünü qabarıq şəkildə büruzə verib. Hələ Ümummilli Liderin hakimiyyətinin birinci dövründə görülən işlərin ondan sonra baş verəcək dəyişikliklər üçün nə dərəcədə zərurət olduğu aydın idi. Azərbaycan 1990-cı illərin əvvllərində fəlakət astanasında olanda, yenə də xalqın çağırışına səs verən Ulu Öndər Heydər Əliyev tarixi missiyasını yerinə yetirmiş oldu. 1969-cu ildə əsası qoyulan yol, konsepsiya, müəyyənləşdirilən siyasət Azərbaycana xidmət edir və bu siyasətin bundan sonra da davam edəcəyi şübhəsizdir.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər