PDF Oxu

Siyasət

  • 23

"Münaqişənin həllində monopoliyanın qalmasında hansısa dairələr maraqlıdır"

"Münaqişənin həllində monopoliyanın qalmasında hansısa dairələr maraqlıdır"

"ATƏT PA-nın yay sessiyasında deputatlarımız tərəfindən Minsk konfransının çağırılması təklifi prinisp etibarilə məntiqlidir. Məsələ burasındadır ki, təxminən 20 ildir Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar olaraq ATƏT çərçivəsində Minsk Konfransının çağırılması nəticəsində Minsk qrupu yaradılıb. Minsk qrupunun həmsədrləri bu istiqamətdə iş aparırlar. Lakin təəssüflər olsun ki, bugünə qədər gedən danışıqlar prosesində həmsədrlərin müəyyən səylərinə baxmayaraq, bugünə qədər münaqişənin həlli istiqamətində elə bir ciddi irəliləyiş yoxdur. Bu reallıq müəyyən fikirlər doğurur. Yəni 20 ildir davam edən prosesdə heç bir nəticə yoxdursa, bəlkə yeni bir addım atmaq, yeni təşəbbüslərlə çıxış etmək lazımdır". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti Adminsitrasiyası rəhbərinin müavini, Adminsitrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovyap.org.az saytının suallarını cavablandırarkən deyib. N. Məmmədov bildirib ki, mövcud vəziyyəti təhlil etmək və yeni imkanlar üzərində müzakirələr açmaq üçün doğurdan da, ən məntiqli adımlardan biri Minsk Konfransının çağırılmasıdır. Onun sözlərinə görə, Minsk qrupuna üzv olan ölkələrin hamısı problemi geniş müzakirə edib prosesin irəliyə aparmaq üçün təkliflər verə bilər: "Əlbəttə, belə müzakirələr, fikir mübadilələri münaqişənin həlli prosesinə kömək edə bilər. Amma hələlik bu barədə rəsmi mövqe ortaya qoyulmayıb. Bunun da müəyyən səbəbləri var. Düşünürəm ki, gec-tez bu addım atıla bilər. Çünki bu gün belə proses müşahidə edilir ki, sanki bu münaqişənin həlli ilə bağlı proseslər monopoliyaya alınıb. Dünyada, o cümlədən Avropada bu münaqişədən söhbət düşəndə "bu işlə ATƏT-in Minsk qrupu məşğul olur" deyə mövqe bildirirlər. Azərbaycan tərəfi olaraq bu yanaşmanı düzgün hesab etmirik. Bu münaqişə geosiyasi xarakterli münaqişədir, dünyanın ən həssas nöqtələrindən birində baş verir. Ona görə də, bir kiçik qrup bunu həll edə bilmirsə, onda şübhəsiz ki, yeni addımların atılması lazımdır. Məndə olan məlumat bundan ibarətdir ki, müəyyən dairələr var ki, belə bir konfransın çağırılmasına o qədər də maraqlı deyillər. Yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində monopoliyanın qalmasında sanki hansısa dairələr maraqlıdır".

sia.az

Digər xəbərlər