PDF Oxu

Siyasət

  • 26

Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır

Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyində Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Görüşdə Azərbaycanın son illər iqtisadi sahədə qazandığı uğurlar barədə qonaqlara geniş məlumat verilmişdir. Bildirilmişdir ki, ölkəmiz öz enerji təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə nail olmuşdur. Təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdən artıqdır. Bu, gələn onilliklər ərzində ölkəmizə beynəlxalq bazarlarda qazın mühüm təchizatçısı olmaq imkanını yaradacaqdır. Azərbaycan, həmçinin enerji nəqli infrastrukturuna sərmayə qoymuşdur. Prioritetlərimizdən biri də təchizat marşrutlarının şaxələndirilməsidir. Bu gün 7 neft və qaz kəməri resurslarımız müxtəlif təchizat marşrutları ilə dünya bazarlarına çıxarılır.

Görüşdə qeyd olunmuşdur ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır və enerji təhlükəsizliyi məsələsinə yanaşma ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Azərbaycanın seçdiyi TAP layihəsi Avropanın enerji xəritəsini dəyişəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaqdır.

Dünyanın enerji təminatının müxtəlifliyində Azərbaycanın rolunu yüksək qiymətləndirən qonaqlar bunun enerji təhlükəsizliyinin başlanğıc nöqtəsi olduğunu diqqətə çatdırmışlar.

Görüşdə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Mario David, Fransadan Rəşidə Dati, Polşadan Filip Kaçmerak, Portuqaliyadan Xorxe Morqadu və digər avroparlamentarilər iştirak etmişlər.

yap.org.az

Digər xəbərlər