PDF Oxu

Siyasət

  • 15

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 44-cü ildönümü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq olmuşdur

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 44-cü ildönümü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq olmuşdur

Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlməsinin 44-cü ildönümü münasibətilə iyulun 14-də Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil etmişlər.

Bir neçə saat davam edən konsertdə və şənlikdə şəhərimizin minlərlə sakini və paytaxtımızın qonaqları ölkəmizin tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmiş, gözəl rəqslərə tamaşa etmişlər.

Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində son vaxtlar getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr etmişlər.

yap.org.az

Digər xəbərlər