Ötən gün YAP Gənclər Birliyinin gənc siyasətçilər üçün təşkil etdiyi "Gələcəyin liderləri" "Yay məktəbi"nin III Oğuz turu öz fəaliyyətinə start verilib. SİA-nın xəbərinə görə, iştirakçılar nahardan sonra quruplara bölünərək YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri
Məhəbbət İbrahimovanın, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyevin, YAP Gənclər Birliyinin koordinatoru Şəfəq Əhmədovanın tövsiyələrini dinləyiblər.Sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 44 illiyilə bağlı dəyirmi masa keçiriblər. Tədbirdə çıxış edən Bəhruz Quliyev Ümummilli Liderin hakimiyyəti dövründən bəhs edərək məhz həmin illərdə Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda sosial, iqtisadi sahələrin inkişaf etməsi, hərbi bazanın formalaşması, vətəndaş cəmiyyətinin yaranması, söz-mətbuat azadlığının mövcudluğu, gənclərin yüksək səviyyədə təhsil alması, savadlı kadrların yetişdirilməsi fenomen şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır: "SSRİ rəhbərliyi millətçilik nümunəsi olduğuna görə, Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa çalışırdı. Lakin bu Azərbaycan xalqının öz liderini seçməsinə mane ola bilmədi. 1993-cü ildə Ümummilli Lider xalqın ona olan müraciəti əsasında hakimiyyətə gəldi və məhz o dövrdə "Xalq-Heydər Əliyev" birliyi yarandı. Bu birlik 1990-cı illərin müxtəlif dövrlərində özünü təsdiqlədi, bu gün isə Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onu özünə lider seçib. Bu gün Azərbaycanda bütün sahələrdə davam edən uğurlu siyasət, inkişaf və intreqrasiya Prezident İlham Əliyevin xalqına qarşı olan inam və sevgisinin təzahürüdür".Gənc siyasətçilərə Ulu Öndərin 44 illik hakimiyyəti müddətində gənclərə göstərdiyi diqqət və qayğı barədə məlumat verilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və göstərişi əsasında azərbaycanlı gənclər xaricdə təhsil alıb, savadlı kadr adını qazanıblar.Dəyirmi masa iştirakçıların diskusiyası əsasında yekunlaşıb.Daha sonra gənclər axşam saatlarında interaktiv oyunlarda iştirak ediblər. "Nə? Harada? Nə zaman?" formatlı intellektual oyunun qalibi "Birlik" komandası olub.
sia.az