PDF Oxu

Siyasət

  • 18

Mingəçevirdə “14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir” mövzusunda konfrans keçirilmişdir

Mingəçevirdə “14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir” mövzusunda konfrans keçirilmişdir

Mingəçevir Şəhər İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının şəhər təşkilatı ilə birlikdə ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 44-cü ildönümü münasibətilə "14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir" mövzusunda elmi-nəzəri konfrans keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Konfransda çıxış edənlər ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də ilk dəfə hakimiyyətə gəlişindən, ölkəmizin bugünkü inkişaf səviyyəsinə çatmasında onun əvəzsiz xidmətlərindən danışmışlar.

Tədbirdə "14 iyul 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi tarixi zərurət idi", "1969-1982-ci illər Azərbaycanın iqtisadi, sosial-mədəni, tərəqqi və milli oyanış mərhələsidir", "1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən siyasət müstəqilliyə hazırlıq mərhələsi idi", "Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi müstəqilliyimizin qorunub möhkəmləndirilməsinə etibarlı təminatdır" mövzularında məruzələr dinlənilmişdir.

AzərTAc

Digər xəbərlər