PDF Oxu

Siyasət

  • 19

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial vardır

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial vardır

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Osman Sultanlığı və Yəmən Respublikasındakı səfiri Rasim Rzayev Ciddə şəhərində etimadnaməsini Səudiyyə Ərəbistanının Kralı Abdullah Bin Əbdüləziz Əl Səuda təqdim etmişdir.

Səfirin şərəfinə fəxri qarovul düzülmüş və Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Kral Abdullah Bin Əbdüləziz Əl Səuda çatdırmışdır.

Bildirilmişdir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrə mühüm əhəmiyyət verir.

Qeyd olunmuşdur ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial vardır.

R.Rzayev Azərbaycan Respublikasının mövqeyinin Səudiyyə Ərəbistanı tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində daim dəstəkləndiyi üçün Krala təşəkkür etmiş, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.

AzərTAc

Digər xəbərlər