Nyu-York ştatının Baş Assambleyası "Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı" tanıyan proklamasiya qəbul etmişdir.
Ştatın qanunverici hakimiyyətinin aşağı palatasının üzvləri bu sənəddə 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının türk və islam dünyası dövləti kimi müstəqilliyinin bərpa olunması, habelə 1992-ci ildə Azərbaycanın müstəqilliyinin Birləşmiş Ştatlar tərəfindən tanınması faktı vurğulanır.
Sənəddə daha sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Birləşmiş Ştatlar tərəfindən tanınması, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ABŞ-ın müttəfiqi kimi Azərbaycanın strateji rolu, o cümlədən Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak etməsi, Əfqanıstana göndərilən qeyri-hərbi təyinatlı materialların 40 faizinin daşınması üçün Bakının öz hava məkanını və aeroportlarını təqdim etməsi, ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın töhfəsi, habelə bu ölkədə müxtəlif dinlərə və etnik qruplara münasibətdə tolerantlıq ab-havası məsələlərindən bəhs edilir.
yap.org.az