PDF Oxu

Siyasət

  • 39

14 iyul - tariximizin ən şərəfli səhifəsi

14 iyul - tariximizin ən şərəfli səhifəsi

Şəmkirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 44-cü ildönümü qeyd olundu

YAP Şəmkir rayon təşkilatı, Şəmkir rayon icra hakimiyyəti və Şəmkir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 44-cü ildönümü ilə bağlı geniş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və tər gül dəstələri qoyaraq, Onun xatirəsini ehtiramla yad etdilər. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən, ölkəmizin inkişafında Onun xüsusi xidmətlərindən danışdı: "1969-cu il 14 iyul. Bu tarix xalqımızın ən yaddaqalan, mübarizə və islahatların, yüksəliş və tərəqqinin əsası qoyulduğu gün kimi yaşayır. Məhz 1969-cu il iyulun 14-ü Azərbaycanın bütün tarixi boyunca ən böyük ictimai-siyasi xadim, görkəmli dövlət başçısı, Ümummilli Liderin Heydər Əliyev Azərbaycanda rəhbər vəzifəsinə gəldi. Xalqın ən ağır günündə rəhbər seçilən Heydər Əliyev ölkəmizdə hər şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək, inkişaf etdirmək uğurunda fəaliyyətə, mübarizəyə başladı. Həmin tarixdən 44 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir".

Şəmkir rayon təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski 14 iyul 1969-cu il tarixini Azərbaycan tarixində əlamətdar gün olduğunu bildirdi: "Azərbaycan xalqının taleyində 14 iyul 1969-cu il şərəfli tarixi bir gündür. 44 il öncə bu hadisənin şahidi olanlar Azərbaycanın yeni tarixində hansı epoxanın başlandığının fərqində deyildilər. Bu da təbii idi. Azərbaycanın gələcəyi və fundamental inkişafı üçün tarixi önəm kəsb edən Ulu Öndər Heydər Əliyev epoxası yenicə başlayırdı. Bu epoxanın mahiyyətini və Azərbaycanın inkişaf tarixindəki yerini təsəvvür etmək üçün onu yaşamaq, bu dövrün Azərbaycanın siyasi, sosial-iqtisadi, milli-vətənpərvərlik həyatındakı önəmini dərk etmək lazım idi. Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasi və dövlət xadimi Heydər Əliyev əsrlər boyu xalqımıza xidmət edəcək çox böyük irs qoyub getmişdir. Müstəqil Azərbaycan dövləti bu irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini getdikcə möhkəmləndirir. 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Ulu Öndərin 44 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi Onun hərtərəfli inkişafına zəmin yaratdı".

Şəmkir rayon səhiyyə şöbəsinin baş həkimi, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Nürəddin Əhmədov Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafındakı xidmətlərindən danışaraq vurğuladı ki, Ulu Öndər Heydər Əliyev özünün dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə hələ ötən əsrin 70-80-ci illərində qanunçuluğun qorunması və möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, xalqın hüquqlarının əzmkar müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmləndirilməsinə nail olmuşdur.

Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana sistemi Şəmkir rayon şöbəsinin direktoru Sahibə Əmiraslanova bildirdi ki, 1969-cu il 14 iyul xalqımızın ən yaddaqalan, mübarizə və islahatların, yüksəliş və tərəqqinin əsasının qoyulduğu gün kimi yaşayır: "Məhz 1969-cu il iyulun 14-ü Azərbaycanın bütün tarixi boyunca ən böyük ictimai-siyasi xadim, görkəmli dövlət başçısı, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbər seçildi. Xalqın ən ağır günündə rəhbər seçilən Ulu Öndər Heydər Əliyev ölkəmizdə hər şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək, inkişaf etdirmək uğurunda fəaliyyətə, mübarizəyə başladı. Həmin tarixdən 44 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir. Həmin dövrdən bəri nəsillər dəyişsə də, Ulu Öndərin qoyduğu siyasi-iqtisadi və ideoloji kurs xalqın bütün təbəqələri tərəfindən dəstəklənir".

S.Əmiraslanova qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir: "O, Allahın qüdrəti və verdiyi ömür sayəsində bu dövlətin uğurları, bu xalqının sabahı naminə hələ çox iş görmək əzmindədir. Ümummilli Lider Heydər Əliyev zirvəsindən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür".

ÜLVİ

Digər xəbərlər