PDF Oxu

Siyasət

  • 21

YAP Xətai rayon təşkilatında müşavirə keçirilib

YAP Xətai rayon təşkilatında müşavirə keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında qurumun Bakı, Abşeron və Sumqayıt üzrə müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, müşavirədə YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və digər partiya funksionerləri iştirak edib.Müşavirədə partiyanın qarşıdan gələn prezident seçkilərinə hazırlığı, prezidentliyə namizədin qeydiyyatı ilə bağlı imzatoplama, prezident İlham Əliyevin 10 illik fəaliyyəti ərzində qazandığı uğurlar, ölkə iqtisadiyyatının inkişafı, ölkədəki ictimai-siyasi proseslər və digər məsələlər barəsində müzakirələr aparılıb.YAP icra katibinin müavini Siyavuş Novruzov diqqətə çatdırıb ki, hakim partiya artıq prezidentliyə namizədini müəyyənləşdirib və bu, dövlət başçısı İlham Əliyevdir.Bildirilib ki, tədbirin keçirilməsində məqsəd qanunvericiliyin tələbinə uyğun olaraq namizədin qeydiyyatı üçün 37 seçki dairəsində imza vərəqələrinin doldurulması prosesini həyata keçirməkdir: "Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hər bir namizədin müdafiəsi üçün 40 min seçicinin imzasına ehtiyac var. Bundan başqa, imzalar ən azı 60 dairəni əhatə etməlidir".Siyavuş Novruzov imzatoplama kampaniyası zamanı qarşıya çıxa biləcək problemlər, bunların aradan qaldırılması, proses zamanı digər detallar haqda danışıb.Daha sonra Mübariz Qurbanlı seçki texnologiyaları ilə bağlı öz tövsiyələrini verib: "Seçki kampaniyasının çox mühüm mərhələləri var. Bundan sonrakı mərhələ isə təşviqat və təbliğat kampaniyasıdır. Bu mərhələdə diqqət alınası bir sıra məqamlar mövcuddur ki, təbliğat işində bunlar nəzərə alınmalıdır. Yəni YAP-ın namizədi əsasən partiyanın üzvü olan tərəfdarlarından və Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevi dəstəkləyənlərdən səs qazana bilər".

sia.az

Digər xəbərlər