"Azərbaycanın enerji resursları ölkəmizin inkişafında böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlətimiz özünün neft və qaz məhsullarını dünya ölkələrinə ixrac etməklə Avropanı enerji təhlükəsizliyində vacib rol oynayır". Bu fikirləri Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.
V.Ələsgərov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edir. Onun sözlərinə görə, bu gün ölkəmiz iqtisadi inkişafına görə regionda lider dövlətdir və dünya miqyasında öz layiqli yerini tutub.
"Azərbaycan bölgədə həyata keçirilən irimiqyaslı layihələrin həm birbaşa iştirakçısı, həm də təşəbbüskarıdır. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz mühüm rol oynayır. Ölkəmiz bu yöndə siyasətini bundan sonra da uğurla davam etdirəcək"- deyə, vitse-spiker vurğulayıb.
yap.org.az