Türkiyənin "Takvim" qəzetinin guşə yazarı Bülənt Erandaçın "İlham Əliyev yenidən seçilməlidir" sərlövhəli məqaləsi dərc edilmişdir.
Məqalədə Türkiyənin və Azərbaycanın Avrasiyanın nüfuzlu ölkələrindən olduğu diqqətə çatdırılır. Müəllif yazır ki, oktyabrın 16-da Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Bu seçkidə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin üçüncü dəfə prezident seçilməsi Türkiyənin Qafqazdakı taleyi ilə sıx bağlıdır. Eyni dilə, eyni dinə, eyni tarixə malik olan Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafında İlham Əliyevin çox böyük xidmətləri vardır. İki liderin - Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın keçirdikləri görüşlərdə söylədikləri sözlərini xatırlasaq, İlham Əliyevin yenidən prezident seçilməsinin əhəmiyyətini daha yaxşı dərk edərik.
Sonra müəllif Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirir: "Bizim qəlblərimiz bir döyünür. Bizim dünyadakı ən mühüm qardaşımız, dostumuz, müttəfiqimiz Türkiyədir. Əminəm ki, Türkiyə üçün də dünyada bir nömrəli dost, qardaş və müttəfiq Azərbaycandır". Baş nazir Rəcəb Tayyib Ərdoğanın fikirləri xatırladılır: "Aramızdakı qardaşlıq bağları çox güclüdür. Cənubi Qafqazda Türkiyə və Azərbaycan əməkdaşlığı olmadan heç bir mühüm regional və qlobal layihələr həyata keçirilə bilməz. Biz nə qədər birlikdə olarsaq, gücümüz də o qədər artacaqdır".
yap.org.az