PDF Oxu

Siyasət

  • 22

Milli Məclisin nümayəndə heyəti ABŞ–da səfərdədir

Milli Məclisin nümayəndə heyəti ABŞ–da səfərdədir

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ Konqresinin Azərbaycan üzrə dostluq qrupunun üzvləri ilə görüşlər keçirmək məqsədi ilə ABŞ-da səfərdədir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti Oklahoma ştatını təmsil edən respublikaçı konqresmen Cim Braydenstayn ilə görüşmüşdür. Görüşdə ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafı, xüsusən enerji, beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsindəki əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Konqresmen C.Braydenstayn ABŞ-ın Cənubi Qafqaz regionunda iştirakının vacibliyini vurğulamış, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynadığını qeyd etmişdir.

Konqresmen "Cənub enerji dəhlizi" layihəsi barəsində verilmiş qərarın enerji sahəsində ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirmişdir.

Konqresmen C.Braydenstayn bu il mayın 28-29-da Bakıda keçirilmiş II ABŞ-Azərbaycan Forumunda iştirak etmişdir.

yap.org.az

Digər xəbərlər