İyulun 16-da "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi idarə heyətinin növbəti iclası keçirilmişdir.
İclasda İctimai Birliyin cari ilin ötən 6 ayında həyata keçirdiyi layihələr müzakirə edilmiş, plan üzrə görüləcək işlərə yenidən baxılmışdır.
İclasda son vaxtlar ölkə ərazisində ictimai fəallığın artması və demokratik vətəndaş cəmiyyətinin qurulmasında Azərbaycan hökumətinin təşəbbüslərindən bəhs edilmiş, İctimai Birliyə verilən dövlət dəstəyinin davamlı olmasından məmnunluq ifadə olunmuşdur.
Mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği istiqamətində dövlət səviyyəsində görülən işlər, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması idarə heyətimiz üzvləri tərəfindən xüsusi vurğulanmış, tarixi-mədəni, arxeoloji irsin öyrənilməsi ilə yanaşı onların bərpa və konservasiyasına dair çoxsaylı qərar və sərəncamlar qeyd olunmuşdur.
"Miras" İctimai Birliyin idarə heyəti ölkədə həyata keçirilən uğurlu mədəni irs siyasətinə əsaslanaraq dövlətimizin başçısı İlham Əliyevin növbəti prezident seçkilərində də namizədliyini dəstəkləmək haqqında qərarı yekdilliklə qəbul etmişdir.
yap.org.az