Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün keçirilməsi ideyasını dəstəkləyir. Bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Vyanada bu məsələ müzakirə olunub və bu təşəbbüs barədə düşünmək qərara alınıb: "Hər halda rəsmi Bakı belə görüşə razıdır".
Məmmədyarov bildirib: "Həmçinin, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşün keçiriləcəyi gözlənilir. Avqust ayında ABŞ ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etməlidir".
Nazir əlavə edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır: "Və biz Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüşün keçirilməsi barədə təşəbbüsü dəstəkləyirik".
yap.org.az