PDF Oxu

Siyasət

  • 22

Sevinc Fətəliyeva: “Freedom House” Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir

Sevinc Fətəliyeva: “Freedom House” Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir

"Freedom House" Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, təşkilatın bu günlərdə açıqladığı hesabat həqiqətə uyğun deyil. Onun sözlərinə görə, "Freedom House" Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir.

"Digər tərəfdən, təşkilat ölkəmizin inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevrilib. Bu mənada "Freedom House" təşkilatının rəhbərinin son fikirləri də məhz bu amillərlə bağlıdır" – deyə, komitənin sədr müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər