"Azərbaycan dövləti sahibkarlığın inkişafı üçün münbit şərait yaradıb. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi də bu baxımdan iş adamlarının hüquqlarının müdafiəsi istiqamətində atılan addımdır". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, qanun ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamaların təşkili və həyata keçirilməsi qaydalarını tənzimləyir. Onun sözlərinə görə, qanunda həmçinin, yoxlayıcı orqanların vəzifələri və məsuliyyəti, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər müəyyən edilir.
"Sənəd sahibkarların hüququnun müdafiəsinə yönəlmiş, onların fəaliyyətini yersiz yoxlamalar və müdaxilələrdən qorumağa xidmət edəcək bir qanundur. Hesab edirəm ki, bu qanun çox müsbət nəticələr verəcək"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az