PDF Oxu

Siyasət

  • 30

Əhməd Davudoğlu: “Türkiyə -Azərbaycan işbirliyi Asiyada onurğa sütunudur”

Əhməd Davudoğlu: “Türkiyə -Azərbaycan işbirliyi Asiyada onurğa sütunudur”

"Azərbaycan və Türkiyə bütün beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirdiyi görüş barədə jurnalistlərə məlumat verərkən deyib.

Nazir bildirib ki, ikitərəfli görüşdə Ə.Davudoğlu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub: "Əhməd Davudoğlu ilə görüşdə ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıldı. Bundan başqa regional məsələlər, xüsusilə TAP kəməri və Bakı-Tiflis-Qars layihəsi, NATO qoşunlarının Əfqanıstandan çıxarılması məsələləri müzakirə olundu. Qeyd olundu ki, qoşunların çıxarılmasında bir dəhliz də Bakı-Tiflis-Qars dəmir yolu xəttidir. Artıq Bürüsseldə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Gürcüstan bu barədə razılığa gəlib ki, dəmir yolunun tikintisində ləngimələr varsa, aradan qalxsın".

Türkiyə xarici işlər naziri isə bildirib ki, Azərbaycanda səfərdə olmaqdan çox şaddır: "Artıq öz məmləkətimdən çox Bakıya gəlməyə başlamışam. Gələn ay da Türkiyə nümayəndə heyəti ilə yenidən Azərbaycan gələcəyik. Regionda Türkiyə-Azərbaycan işbirliyi yüksək səviyyədədir. Asiyada Türkiyə ilə Azərbaycan işbirliyi onurğa sütunudur". Türk Birliyinin qurulması istiqamətində Türkiyə və Azərbaycanın digər qardaş ölkələrlə apardığı işbirliyi bundan sonra da yüksək səviyyədə davam edəcək".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Türkiyə xarici işlər naziri bildirib ki, Türkiyə Qafqazda sülhün təmin olunması üçün əlindən gələni edir: "Regionda sülhün təmin olunmasında əsas məsələ, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsidir. O zaman Qafqazda xalqlar dostluğu bərqərar olacaq, bölgənin təbii ehtiyyatlarından birgə istifadə ediləcək. Türkiyə və Azərbaycanın əsas istəyi regionda sülhün təmin olunmasıdır".

Ə.Davudoğlu vurğulayıb ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında dünyaya örnək olacaq bir uğur əldə edib: "Noyabrda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək. Azərbaycan diplomatları Türkiyə Xarici işlər nazirliyində, türk diplomatlar isə Azərbaycan Xarici İşlər Nazirliyində fəaliyyət göstərə biləcək. Bu addım iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək. İyul ayından başlayaraq ilk diplomatlarımız fəaliyyətə başlayacaq".

Qonaqpərvərliyə görə həmkarı Elmar Məmmədyarova minnətdarlığını bildirən Davudoğlu iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi üçün Mədəniyyət Mərkəzlərinin açılacağını da diqqətə çatdırıb.

sia.az

Digər xəbərlər