PDF Oxu

Siyasət

  • 29

YAP gənclərinə “Dövlət gənclər siyasəti – gənclər üçün dövlət proqramı” mövzusunda seminar keçirilib

YAP gənclərinə “Dövlət gənclər siyasəti – gənclər üçün dövlət proqramı” mövzusunda seminar keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin III Oğuz turunun dördüncü günündə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin rəhbərliyi ilə "Dövlət gənclər siyasəti – gənclər üçün dövlət proqramı" mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, seminarda çıxış edən Bəhruz Quliyev Azərbaycanın müstəqillik əldə etdikdən sonra Ümummili Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə yeni gənclər siyasətinin əsasının qoyulduğunu bildirib. Onun sözlərinə görə, bu siyasət nəticəsində azərbaycanlı gənclərin xarici ölkələrə göndərilərək peşəkar kadr kimi formalaşması prosesi başlanıb: "Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərin sosial, iqtisadi, siyasi sahədə fəallığının artırılmasının, onların vətənpərvər, millətçi ruhunda formalaşmasının təməli qoyulub, yeni "Gənclər siyasəti" modeli yaradılıb. Bu modelin uğurla davam etdirilməsi nəticəsində hazırlanan kadrlar bu gün dövlət orqanlarında çalışır, ölkənin inkişaf etdirilməsində böyük rol oynayırlar. Fenomen şəxsiyyət Heydər Əliyevin göstərişi ilə hazırlanan ölkənin qanunverici bazasında da gənclərin sosial təminatının yaxşılaşması barədə müddəalar öz əksini tapıb. Dövlət tərəfindən bir sıra gənclər təşkilatlarının yaradılması və gənclərin bu təşkilatlardan yetərincə yararlanması dövlətin gənclərə göstərdiyi diqqətin bariz nümunəsidir".

Daha sonra Nəsimi rayon YAP təşkilatının gəncləri tərəfindən "Dövlət gənclər siyasəti" slaytının təqdimatı keçirilib. Dövlətin gənclər siyasətinin inkişafına göstərdiyi diqqət, bu siyasətlə əlaqədar dövlət başçısı tərəfindən imzalanan sərəncamlar və dövlət proqramları barədə məlumat verilib. Həmçinin slaytda Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumatlar da əks olunub.

Daha sonra seminar iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun timsalında vətənin müdafiəsi uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Seminar gənc siyasətçilərin diskusiyasi əsasında yekunlaşıb.

sia.az

Digər xəbərlər