Xəbər verdiyimiz kimi, Vaşinqtonda səfərdə olan Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi, deputatlardan Sevinc Fətəliyeva və Asim Mollazadənin daxil olduğu nümayəndə heyəti iyulun 17-də Birləşmiş Ştatlar Konqresində Nyu-York ştatını təmsil edən üzvü Qriqori Miks ilə görüşmüşlər.
AzərTAc xəbər verir ki, görüşdə konqresmen Q.Miks Azərbaycanı ABŞ-ın strateji tərəfdaşı adlandırmış, münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin önəmli olduğunu diqqətə çatdırmışdır.
AzərTAc