PDF Oxu

Siyasət

  • 19

ABŞ-da işgüzar səfərdə olan Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı həmkarları ilə görüşlər keçirmişlər

ABŞ-da işgüzar səfərdə olan Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı həmkarları ilə görüşlər keçirmişlər

qiymətləndirmişdir

İyulun 18-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ABŞ Senatının Konnektikut ştatından olan üzvü Kristofer Mörfi ilə görüşmüş və onunla qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışdır.
Azərbaycanda səfərdə olduğunu bildirən və səfər haqqında xoş təəssüratlarını bölüşən senator K.Mörfi ABŞ-ın kifayət qədər dinamik regionda yerləşən Azərbaycan ilə əməkdaşlığının səviyyəsindən məmnunluğunu ifadə etmişdir.
Qeyd olunmuşdur ki, müasir dünyada əsas çağırışlardan hesab olunan terrorçuluqla mübarizədə Azərbaycanın ABŞ ilə ortaq maraqları vardır. Senator ABŞ-ın Əfqanıstandakı sülhməramlı əməliyyatlarına Azərbaycanın dəstəyini yüksək qiymətləndirmişdir.
Görüşdə Azərbaycanın enerji siyasəti, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol, Trans-Adriatik qaz kəməri layihəsinə dair fikir mübadiləsi aparılmışdır.

AzərTAc

Digər xəbərlər