PDF Oxu

Siyasət

  • 18

ABŞ-ın senatoru Kristofer Mörfi Azərbaycanın antiterror əməliyyatlarındakı iştirakını yüksək qiymətləndirmişdir

ABŞ-ın senatoru Kristofer Mörfi Azərbaycanın antiterror əməliyyatlarındakı iştirakını yüksək qiymətləndirmişdir

ABŞ-da işgüzar səfərdə olan Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı həmkarları ilə görüşlər keçirmişlər.

İyulun 18-də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ABŞ Senatının Konnektikut ştatından olan üzvü Kristofer Mörfi (Christopher Murphy) ilə görüşmüş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışdır.

Azərbaycanda səfərdə olduğunu və səfər haqqında xoş təəssüratları ilə bölüşən senator K. Mörfi ABŞ-ın kifayət qədər dinamik regionda yerləşən Azərbaycanla əməkdaşlığının səviyyəsindən məmnun olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, müasir dünyada əsas çağırışlardan hesab olunan terrorçuluqla mübarizədə Azərbaycanın ABŞ-la ortaq maraqları vardır. Senator ABŞ-ın Əfqanıstandakı əməliyyatlarında Azərbaycanın dəstəyini yüksək qiymətləndirmişdir.

Görüşdə Azərbaycanın enerji siyasəti, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol, Trans-Adriatik qaz kəmərinə layihəsinə dair fakir mübadiləsi aparılmışdır.

yap.org.az

Digər xəbərlər