PDF Oxu

Siyasət

  • 22

Əli Həsənov: Helsinki Komissiyasının dinləmə deyil, brifinq keçirməsi Milli Şuranın iflası, ABŞ-da bu müxalifətə olan səthi münasibətin göstəricisidir

Əli Həsənov: Helsinki Komissiyasının dinləmə deyil, brifinq keçirməsi Milli Şuranın iflası, ABŞ-da bu müxalifətə olan səthi münasibətin göstəricisidir

"ABŞ Helsinki Komissiyası tərəfindən belə brifinqlərin təşkil olunması adi haldır. Mövcud qaydalara əsasən, brifinqlər qeyri-formal xarakter daşıyır və bu formatdakı yığıncaqları komissiyanın sədri və ya həmsədri deyil, sadəcə katiblik əməkdaşları aparırlar. Buna görə də Azərbaycana dair həmin brifinqə komissiya üzvlərinin heç biri qatılmamışdı. Deyilənləri nəzərə alaraq, mən bu tədbirin ABŞ-Azərbaycan əlaqələri, ABŞ-ın Azərbaycana münasibəti prizmasından qiymətləndirilməsini düzgün yanaşma hesab etmirəm. İki ölkə arasında strateji tərəfdaşlıq və müxtəlif sahələr üzrə ciddi əməkdaşlıq əlaqələri mövcuddur və tərəflər davamlı şəkildə bu əlaqələrin daha da inkişaf etdirilməsi iradəsini ortaya qoyurlar". Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trend-ə müsahibəsində ABŞ Helsinki Komissiyasının Azərbaycan ilə bağlı brifinq təşkil etməsinə münasibət bildirərkən səsləndirmişdir.

Əli Həsənovun sözlərinə görə, brifinqdə Azərbaycanın rəsmi dairələrini təmsil edən şəxslər ölkəmizin demokratik inkişafı, azad cəmiyyətin təşviqi və insan hüquqlarının qorunması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən fəaliyyət, qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat vermişlər.

"Nəhayət, bu tədbirin əhəmiyyətini şişirtmək, onu Konqresdə "dinləmələr" səviyyəsinə yüksəltmək cəhdləri də vardır ki, mən bunu müəyyən daxili siyasi qrupların özünüreklam cəhdi kimi qiymətləndirirəm. Onlar çox istəyirdilər ki, bu tədbir Konqresdə dinləmələr formatında baş tutsun. Hətta ciddi-cəhdlə bu yaxınlarda Azərbaycana səfər edən, bəhs edilən komissiyaların üzvü olan konqresmen və senatorların tədbirə qatılmalarına nail olmağa çalışırdılar. Lakin heç nə alınmadı. Bu da onların iflası, elə həmin ABŞ-da bu müxalifətə olan səthi münasibətin göstəricisidir" - deyə, Əli Həsənov bildirmişdir.

yap.org.az

Digər xəbərlər