"Torpaqlarımızın 20 faizinin işğal altında olması ölkədə digər sahələr kimi elmin inkişafına da mənfi təsir edir". Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, torpaqlarımızın işğalı faktı Azərbaycan elminin inkişafına mənfi təsir edir. Onun sözlərinə görə, indi elə bir dövrdür ki, sosial-iqtisadi, siyasi-ideoloji, mədəni-mənəvi sahələrdə sürətli proseslər gedir.
"Xüsusi olaraq nəzərə almaq lazımdır ki, bu proseslər mürəkkəb xarakterli qlobal problemlər kontekstində baş verir. Azərbaycan üçün bu prosesləri əngəlləyən ən böyük amillərdən biri də Dağlıq Qarabağ problemidir. Buna misal olaraq Azərbaycan ərazisinin 20%-nin işğal edilməsini və bu işğalın yaratdığı çoxsaylı mənəvi-psixoloji problemləri, qaçqınlıq, məcburi köçkünlük məhrumiyyətlərini xüsusi qeyd etmək istəyirəm. Belə vəziyyət heç şübhəsiz ki, digər sahələr kimi elmin inkişafına da mənfi təsir göstərir"- deyə, AMEA-nın prezidenti vurğulayıb.
yap.org.az