"Bəzi təşkilatlar tərəfindən Azərbaycana qarşı sürülən iddialar kökündən yalandır, heç bir əsası yoxdur. Azərbaycanda son illər çox uğurlu demokratik, hüquqi-siyasi islahatlar həyata keçirilib". Bu fikirləri Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, həmin qüvvələr Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətlə razılaşa bilmirlər. Onun sözlərinə görə, müəyyən xarici və daxili dairələr Azərbaycanın bu gün qüdrətli, güclü, regionun ən qabaqcıl, inkişaf etmiş ölkəsi olmasını həzm edə bilmirlər.
"Bu gün onlar Azərbaycanın çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsini də həzm edə bilmirlər. Ancaq reallıq ondan ibarətdir ki, bu qüvvələr istədiklərinə nail ola bilmirlər. Azərbaycanın öz milli maraqlarını davamlı və fasiləsiz şəkildə müdafiə etməsi təbii ki, kimlərisə qıcıqlandırır. Belə cəhdlərlə dövlətimizi tutduğu yoldan çəkindirmək mümkün deyil"- deyə, A.Quliyev qeyd edib.
yap.org.az