Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort iyulun 26-da Azərbaycana səfər edəcək.
Bu barədə APA-ya Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Filipp Lefort Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, həmçinin regionda vəziyyət müzakirə olunacaq.
yap.org.az