PDF Oxu

Siyasət

  • 20

"Ölkəmizdə iqtisadi inkişafın dinamizmi özünü açıq şəkildə göstərib"

"Ölkəmizdə iqtisadi inkişafın dinamizmi özünü açıq şəkildə göstərib"

Aydın Hüseynov: "Ölkəmizdə Ümumi daxili məhsulun və qeyri-neft sektorunun yüksək artım tempi müşahidə olunub"

Ölkəmizin iqtisadi göstəricilər baxımından bu ilin altı ayı çox müsbət keçib, göstəricilər də bunu bir daha təsdiqləyir. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı-ekspert Aydın Hüseynov bildirib. İqtisadçı-ekspert vurğulayıb ki, ötən altı ay müddətində ölkəmizdə iqtisadi inkişafın dinamizmi özünü açıq şəkildə göstərib ki, bu da qarşıda duran bütün vəzifələrin icrasının söviyyəsini ortaya qoymuş olur.

A.Hüseynov Azərbaycanın iqtisadi göstəricilərinin bu il də dünya miqyasında nümunə kimi qəbul olunacağına, aparıcı tışkilatların buna öz qiymətini verəcəyinə də əminliyini ifadə edib. İqtisadçı ölkəmizdə ümumi daxili məhsulun 5 faiz, qeyri-neft sektorunda isə 11 faiz artımın müşahidə edilməsini mühüm göstərici kimi dəyərləndirib.

Qeyd edib ki, son 10 ildə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı lokomotivinə çevrilib.

sia.az

Digər xəbərlər