PDF Oxu

Siyasət

  • 35

Elman Nəsirov: Rəsmi Yerevan konkretlik və müəyyənlik əvəzinə siyasi manipulyasiyalar edir

Elman Nəsirov: Rəsmi Yerevan konkretlik və müəyyənlik əvəzinə siyasi manipulyasiyalar edir

"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemin ədalətli həllinə münasibətdə qəribə məntiq ortaya qoyur". Bu fikri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, həmsədrlər işğalçıları öz adı ilə çağırmır. Onun sözlərinə görə, bundan istifadə edən rəsmi Yerevan konkretlik və müəyyənlik əvəzinə siyasi manipulyasiyalar edir.

"Fikrimcə, münaqişəni həll etmək üçün üç variant mövcuddur. Birinci iki variant münaqişənin dinc yolla həllini nəzərdə tutur. Birinci varianta görə, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək idarəetmə statusu verilir. İkinci varianta görə, beynəlxalq birlik, xüsusən ATƏT-in Minsk qrupu Ermənistanı sülh bağlamağa, yenilənmiş Madrid prinsiplərini qəbul etməyə məcbur edir. Üçüncü variant da budur ki, birinci iki variant nəticə verməsə, hərbi yol istisna olunmur"- deyə, politoloq qeyd edib.

yap.org.az

Digər xəbərlər