"Çoxşaxəli Azərbaycan-ABŞ əməkdaşlığı beynəlxalq və regional təhlükəsizliyə ciddi töhfə verir". Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, son zamanlar ölkələr arasında münasibətlərin daha da güclənir. Onun sözlərinə görə, ABŞ-ın türkdilli dövlətlərlə əlaqələrinin genişlənməsi də yaxşı haldır.
"Hazırda dinamik inkişaf edən Azərbaycan-ABŞ münasibətlərinin hər iki xalqın maraqlarına cavab verir. Vaşinqtonda səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Konqresdə keçirdiyi çoxsaylı görüşlər də ikitərəfli münasibətləri daha da dərinləşdirmək baxımından əhəmiyyətlidir" - deyə, komitə sədri vurğulayıb.
yap.org.az