PDF Oxu

Siyasət

  • 24

“Deutsch-Türkisches Journal” xəbər portalında Ermənistanda moldovalı ombudsman Aureliya Qriqoriuya qarşı olan hücum və təhdidlər haqqında məlumat dərc edilmişdir

“Deutsch-Türkisches Journal” xəbər portalında Ermənistanda moldovalı ombudsman Aureliya Qriqoriuya qarşı olan hücum və təhdidlər haqqında məlumat dərc edilmişdir

"Deutsch-Türkisches Journal" xəbər portalında Ermənistanda moldovalı ombudsman Aureliya Qriqoriuya qarşı olan hücum və təhdidlər haqqında məlumat dərc olunmuşdur "Xocalı qətliamı: Ermənistan "təxribatçını" günlərlə əsir saxlayır" başlıqlı məqaldə qeyd edilmişdir ki, Moldova ombudsmanı Aureliya Qriqoriu iyulun 4-də Yerevanda keçirilən Panavropa Konfransında çıxışı zamanı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi və Xocalıda soyqırımı törətməsi faktlarını qeyd etmişdir. Bundan dərhal sonra xanım A. Qriqoriu hədələrə və təzyiqlərə məruz qalmış, ona Ermənistanı tərk etməyə icazə verilməmişdir. A.Qriqoriu bir neçə gün yerləşdiyi hoteldə faktiki olaraq dustaq edilmişdir.

Məqalədə qeyd olunmuşdur ki, Ermənistanın rəsmi orqanları A. Qriqoriunun çıxışını "təxribat" adlandırmış və moldovalı xanımın yalnız Ermənistan parlamenti qarşısında üzr istədikdən sonra ölkəni tərk edə biləcəyini bildirmişlər. Ermənistan mətbuatı "təxribatçı" adlandırdığı xanım A. Qriqoriudan üzr istəməyi və məlum çıxışı ilə "qalmaqal yaratmaq istədiyini" etiraf etməyi tələb etmişdir. Eyni zamanda erməni diasporunun mətbuat orqanları Moldova dövlət orqanlarını A.Qriqoriuya təzyiq göstərməyə çağırmışlar.

Məqalədə daha sonra bildirilmişdir ki, Rumıniya və Gürcüstan səfirliklərinin müdaxiləsindən sonra problem öz həllini tapmış və Ermənistan tərəfi A. Qriqoriuya ölkəni tərk etməyə icazə vermişdir. Üzr istəməkdən imtina edən xanımı Ermənistan mətbuatı "Azərbaycan üçün işləyən siyasətçi" adlandırmışdır.

Məqalədə həmçinin vurğulanmışdır ki, məlum hadisə baş verəndən dərhal sonra Ermənistanın baş prokuroru Aqvan Hovsepyan ölkəsinin Türkiyəyə qarşı ərazi iddialarını səsləndirmişdir. Azərbaycan mətbuatı bu faktı A.Qriqoriu ilə bağlı yaranmış qalmaqaldan diqqəti yayındırmaq üçün Ermənistan tərəfinin taktiki gedişi adlandırmışdır.

yap.org.az

Digər xəbərlər