PDF Oxu

Siyasət

  • 29

Əli Əhmədov: Azərbaycan dövləti milli mətbuatımızın inkişafına ciddi dəstək verir

Əli Əhmədov: Azərbaycan dövləti milli mətbuatımızın inkişafına ciddi dəstək verir

"Azərbaycanda digər sahələrdə olduğu kimi mətbuat sahəsi də inkişaf edir. Bu gün ölkə mətbuatı öz fəaliyyətini sağlam ənənələr üzərində qurub. Azərbaycan hökuməti kütləvi informasiya vasitələrinin inkişafına lazımi səviyyədə öz dəstəyini göstərir". Bu fikirləri YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, dövlətimizin rəhbərliyi mətbuatın maddi-texniki şəraitinin gücləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması və onların əməyinin qiymətləndirilməsini daim diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, hazırda ənənəvi mətbuatla yanaşı, ölkəmizdə yeni media vasitələri yaranır.

"Bu, bir daha göstərir ki, Azərbaycan dövləti mətbuat üçün normal şərait yaradıb. Hökumətin ayırdığı vəsait hesabına jurnalistlər üçün yaşayış binası tiklib və bugünlərdə həmin bina istifadə veriləcək. Bu hadisə də hökumətimizin mətbuata ciddi dəstəyinin nümunəsidir. Dünyanın başqa ölkələrində belə bir fakta rast gəlmək mümkün deyil ki, hökumət öz hesabına mətbuat işçilərinə ev tiksin. Ümumiyyətlə, vaxtilə Ümummilli lider Heydər Əliyev, hazırda isə Prezident İlham Əliyev tərəfindən milli mətbuatın inkişafı üçün müvafiq addımlar atılıb. Qeyd etdiyim kimi mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, qəzetlərin dövlət nəşriyyatına olan borclarının ləğv olunması, onlara maliyyə dəstəyinin verilməsi və s. istiqamətində dövlət rəhbərliyi tərfindən lazımi addımlar atılıb. Bütövlükdə, bu gün Azərbaycan mətbuatı sərbəstdir və ölkəmizdə azad söz və mətbuat üçün hər cür şərait yaradılıb. Azərbaycan mətbuatı ötən dövrdə şərəfli yol keçib və mətbuatımızda sağlam ənənə mövcuddur. Bugünkü mətbuatın da mütləq əksəriyyəti öz fəaliyyətlərində sağlam ənənələrə əsaslanır. Yeni Azərbaycan Partiyası da daim mətbuatla sıx işləməyə üstünlük verir və bizim əməkdaşlığımız bundan sonra da davam edəcək"- deyə, YAP Sədrinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər