PDF Oxu

Siyasət

  • 28

ABŞ Konqresinin çoxsaylı üzvləri Azərbaycanın Dostları Assambleyasının Vaşinqtonda keçirilən tədbirində iştirak ediblər

ABŞ Konqresinin çoxsaylı üzvləri Azərbaycanın Dostları Assambleyasının Vaşinqtonda keçirilən tədbirində iştirak ediblər

ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyası (Assembly of the Friends of Azerbaijan - AFAZ) tərəfindən iyulun 18-də Vaşinqtonda "Cənub Qaz Dəhlizi və onun Avropanın enerji təhlükəsizliyində rolu"na həsr rolunmuş təntənəli tədbir təşkil olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirin diqqət mərkəzində Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi"nin daşıdığı strateji əhəmiyyət, xüsusilə onun əhatə etdiyi ölkələr, ümumiyyətlə, Avropa qitəsinin enerji təhlükəsizliyinə verəcəyi mühüm töhfə, eləcə də bu layihənin yaradacağı yeni əməkdaşlıq imkanlarının ABŞ siyasi dairələri və ictimaiyyətinin diqqətinə çatdırılması olub. Tədbirdə ABŞ Senatı və Nümayəndələr Palatasının 20-dən artıq üzvü, ABŞ Dövlət Departamentinin rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatlar, nüfuzlu analitik mərkəzlərin mütəxəssisləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

ABŞ-da işçi səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tədbir iştirakçıları qarşısında çıxış edərək, ölkəmiz və regionumuz üçün çox mühüm əhəmiyyət kəsb edən "Cənub Qaz Dəhlizi"nin gerçəkləşdirilməsi baxımından əlamətdar günlər yaşadığımızı söyləyib.

Tədbirdə çıxış etmiş senator Mayk Kreypo və Nümayəndələr Palatasının üzvləri öz nitqlərində Azərbaycanı ABŞ-ın yaxın dostu və etibarlı tərəfdaşı kimi xarakterizə edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib və Azərbaycanın apardığı enerji siyasəti, xüsusilə, enerjidən əldən edilən gəlirlərin ölkənin müxtəlif sahələrdə inkişafına yönəldilməsini təqdir ediblər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında Azərbaycan hökuməti tərəfindən "Cənub Qaz Dəhlizi" ilə bağlı aparılan fəaliyyətə yetirilən diqqətə və onun reallığa çevrilməsi üçün göstərilən davamlı səylərə toxunub və bu layihənin iştirakçı ölkələr üçün açacağı yeni perspektivlər barədə bəhs edib.

yap.org.az

Digər xəbərlər