PDF Oxu

Siyasət

  • 22

Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək

Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək

Brüsseldə "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək.

İclasda bu il noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq işləri, AB-nin qonşuluq siyasəti, Yaxın Şərqdə, Somali və Malidə baş verən proseslər, Cenevrə-2 sülh konfransına hazırlıq kimi məsələlər nəzərdən keçiriləcək.

Elmar Məmmədyarov səfər çərçivəsində Fransanın xarici işlər naziri Loran Fabiusla da görüşəcəkdir.

yap.org.az

Digər xəbərlər