PDF Oxu

Siyasət

  • 21

YAP-ın Sədr müavini Əli Əhmədov partiyanın Kürdəmir rayon təşkilatının fəalları ilə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov partiyanın Kürdəmir rayon təşkilatının fəalları ilə görüşüb

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın Kürdəmir rayon təşkilatının fəalları ilə görüşüb.

Görüşdə əvvəlcə YAP Kürdəmir rayon təşkilatının sədri Ağaəli Kərimov qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar görülən işlər barədə təşkilatın gördüyü işlər barədə məlumat verib.

Çıxış edən YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, ölkədə həyata keçirilən quruculuq işləri, insanların sosial rifah halının günü-gündən yaxşılaşması, Azərbaycanın qüdrətlənməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasını təşkil edir. Onun sözlərinə görə, məhz bu amillər xalqın növbəti seçkilərdə də vahid namizədinə - İlham Əliyevə səs verəcəyinə inam yaradır.

Əli Əhmədov YAP ölkənin ən böyük siyasi qüvvəsi olduğunu vurğulayaraq partiyanın Kürdəmir rayon təşkilatının fəallarına seçkilərə hazırlıq işləri ilə əlaqədar müvafiq tövsiyələr verib.

Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev, partiya veteranı Sabir Novruzov, YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva, və rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Tarıverdiyev son illər ölkədə aparılan uğurlu siyasətdən söhbət açıblar.

Çıxışlarda qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərində YAP rayon təşkilatı fəal iştirak edəcək.

Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin deputatı Fərhad Qəribov iştirak edib.

yap.org.az

Digər xəbərlər