PDF Oxu

Siyasət

  • 18

Azər Badamov: Azərbaycanda qeyri-neft sektoru yüksək inkişaf tempi qazanıb

Azər Badamov: Azərbaycanda qeyri-neft sektoru yüksək inkişaf tempi qazanıb

"Azərbaycan iqtisadiyyatı bu gün özünün yüksəliş dövrünü yaşayır və bəlkə də dünyanın ən sabit iqtisadiyyatlarından biridir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda səslənən fikirlər bunu sübut edir". Bu fikirləri Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı ölkəmizin ümumi inkişaf tempinə olduqca müsbət təsir göstərir: "Möhtərəm Prezidentimiz İlham Əliyev öz nitqində Azərbaycanda qeyri-neft iqtisadiyyatının artımını xüsusi vurğuladı. Bu, böyük göstəricidir və xüsusi olaraq vurğulamaq lazımdır ki, əldə olunan nəticə son illərdə aparılan islahatların, görülən işlərin məntiqi nəticəsi sayılmalıdır. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. Azərbaycanda qeyri-neft sektoru yüksək inkişaf tempi qazanıb. Bu gün ölkəmizdə bütün sahələr paralel olaraq inkişaf etdirilir. Azərbaycan artıq tək zəngin neft ölkəsi kimi deyil, həm də turizmin, o cümlədən, başqa sahələrin yüksək səviyyədə inkişaf etdiyi ölkə kimi tanınır".

yap.org.az

Digər xəbərlər