PDF Oxu

Siyasət

  • 20

YAP Füzuli rayon təşkilatının fəalları ilə görüş keçirilib

YAP Füzuli rayon təşkilatının fəalları ilə görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatının fəalları ilə görüş keçirilib. Görüşdə qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar fikir mübadiləsi aparılıb.

Əvvəlcə YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək təşkilatın fəaliyyəti haqqında məlumat verib, qarşıda duran vəzifələrdən danışıb. Tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edərək prezident seçkilərinə hazırlıqla əlaqədar fikirlərini bildiriblər. Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə böyük qələbələr qazanıb. Qarşıdan gələn prezident seçkilərində də partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin qələbəsi şübhə doğurmur. Çünki ötən 10 il ərzində ölkəmizdə həyaat keçirilən uğurlu siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir.

Görüşdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, həmçinin Cəmilə Qəmbərova, Heydər Həziyev və Namiq Məmmədov çıxış ediblər. Tədbirdə partiya fəallarına prezident seçkilərinə hazırlıqla əlaqədar müvafiq tövsiyələr verilib.

yap.org.az

Digər xəbərlər