PDF Oxu

Siyasət

  • 23

YAP Beyləqan rayon təşkilatının fəalları ilə görüş keçirilib

YAP Beyləqan rayon təşkilatının fəalları ilə görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının fəalları ilə görüş keçirilib. YAP Beyləqan rayon təşkilatının sədri Rafael Pəsiyev çıxış edərək təşkilatın fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Daha sonra YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxış edərək partiyanın yerli strukturlarında belə görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib. M.Qurbanlı qeyd edib ki, bu görüşlərdə əsas məqsəd prezident seçkiləri ilində yerli təşkilatların işini daha da gücləndirməkdən ibarətdir.

M.Qurbanlı vurğulayıb ki, YAP yarandığı vaxtdan etibarən ölkəmizdə keçirilən bütün seçkilərdə qələbələr qazanıb. Onun sözlərinə görə, partiyanın artan gücü növbəti seçkilərdə də qələbəni şərtləndirən əsas amillərdən biridir.

YAP İcra katibinin müavini bildirib ki, son 10 il ərzində Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Onun fikrincə, bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib.

M.Qurbanlı qeyd edib ki, seçkilərlə bağlı partiyanın yerli strukturları, o cümlədən partiya fəalları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Tədbirdə Milli Məclisin deputatı Ayaz Orucov, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev və partiya fəalları çıxış ediblər.

Görüşdə qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar YAP Beyləqan rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verilib.

yap.org.az

Digər xəbərlər