"Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gənc fəallar üçün təşkil etdiyi "Yay məktəbi" böyük əhəmiyyət kəsb edir". Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, "Yay məktəbi" gənclərin asudə vaxtlarının səmərəli dəyərləndirilməsi baxımından müsbət imkanlar yaradır. Onun sözlərinə görə, gənclər arasında ünsiyyətin qurulması, onların əməkdaşlıq imkanlarının genişləndirilməsinə yardımçı olur.
"Bu tədbir həm də gənclərdə yeni intellektual vərdişlərin formalaşması, onların bilik və bacarıqlarının artırılması üçün mühüm vasitədir. Həmçinin, "Yay məktəbi" gənclərdə liderlik keyfiyyətlərinin formalaşmasına böyük imkanlar yaradır. Bu kimi layihələr gənclərin həm siyasi biliklərini artırır, həm də azad müzakirələrdə fəal iştirakını təmin edir. Mən inanıram ki, gənclərin burada əldə etdiyi biliklər gənc fəalların gələcək siyasi fəaliyyətində böyük rol oynayacaq"- deyə, İ.Məmmədov qeyd edib.
yap.org.az