Azərbaycan ordusu bu gün nəinki işğal olunmuş Dağlıq Qarabağ ərazisini qaytara bilər, hətta Azərbaycanın ötən əsrin əvvəllərindəki sərhədlərini də bərpa edə bilər.
Bu barədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü münasibətilə Bakıda Şəhidlər Xiyabanında keçirilən anım ziyarəti zamanı çıxışında deyib: "Bu gün Azərbaycan ordusu 20 il bundan qabaqkı ordu deyil. Həmin dövrdə Azərbaycan ordu təşkilatlanmış şəkildə deyildi. İndi işğal olunmuş əraziləri qaytarmaq iqtidarında olan ordumuz var".
Eyni zamanda Bayram Səfərov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.
yap.org.az